26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda POS-terminallar ilə nağdsız ödənişlər kəskin artıb

Azərbaycanda Pos-terminallar ilə nağdsız ödənişlərin sayı və həcmi artır.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 4 ayı ərzində ölkə daxilində POS-terminallar ilə 1 milyard 124 milyon manat həcmində 26 milyon 389 min əməliyyat nağdsız ödəniş aparılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların cəmi məbləği 2 dəfə yaxın, əməliyyatların sayı isə 2 dəfədən çox artıb.

 Qeyd edək ki, 2020-ci ilin 4 ayında POS-terminallar ilə nağdsız ödənişlərin həcmi 602 milyon manat, sayı isə 12 milyon 976 min təşkil etmişdi.

2021-ci ilin aprel  ayında POS-terminallar ilə 7 milyon 430 min əməliyyat üzrə 311 milyon manat məbləğində nağdsız ödəniş həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər