21 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda POS-terminalların sayı 90 mini ötdü

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2%, POS-terminalların sayı 14.4% artıb.

90 505 ədəd Pos-terminalın 58 997 ədədi Bakıda, 31 508 ədədi isə regionlarda yerləşir.  3 136 ədəd bankomatın isə 1 626 ədədi Bakıda, 1 510 ədədi isə regionlardadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər