14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda problemli kreditlərin səviyyəsi 2.3%-ə düşüb

Azərbaycanda bankların, BOKT-lər və kredit ittifaqları daxil olmaqla kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1iyun 2023-cü il tarixinə 1.3 faiz bəndi azalaraq 2.3% təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

May ayının sonunda bankların 20 mlrd. 659.3 mln. manat, qeyri-bankların isə 626.3 mln. manat kredit portfeli olub.

Bu kreditlərin də vaxtı keçmiş hissəsi 490.1 mln. manatdır. Bu may ayının əvvəlində 450.9 mln. manat idi.

 

Son xəbərlər
Digər xəbərlər