27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 34%-dən çox artıb

2022-ci ilin 10 ayı ərzində 12 975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.1% çoxdur. Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71.9%-i elektron qaydada, 28.1%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2 441-nin (ümumi qeydiyyatın 18.8%-inin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94.9% təşkil edib.

Yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11.9%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15.7% təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83.4%-i Asan imza ilə imzalanmaqla təqdim olunub.

Dövlət Xidmətinin məlumatına əsasən, yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76.5%-i yerli investisiyalı, 23.5%-i xarici investisiyalı qurumlardır.

2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89.6%-i məhdud məsuliyyətli cəmiyyət, 1.4%-i səhmdar cəmiyyət, 1.3%-i kooperativ və s. formalarda yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər