5 C
Baku
Thursday, February 22, 2024

Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər sərtləşdirilir

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün (qiymətləndirici) tələblərin sərtləşdiriləcəyi gözlənilir.

Yenilənmiş tələblər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsində nəzərdə tutulub.

Dəyişikliklərə görə, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.

Bundan başqa, qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirəcə bilər.

Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qeyri-rezident fiziki şəxslər Azərbaycanın ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edir.

Hazırda qüvvədə olan qanunda qymətləndiricilərə dair tələblər qeyd olunmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər