33 C
Baku
Monday, June 17, 2024

Azərbaycanda qızıl çıxaran şirkətin vitse-prezidenti əlavə səhmlər alıb

Böyük Britaniyanın Azərbaycanın Gədəbəy rayonunda qızıl çıxaran “Anglo Asian Mining plc” şirkətinin vitse-prezidenti şirkətdən səhm alıb.

Banker.az-ın şirkətdən əldə etdiyi məlumata görə, Stiven Vesthed (Stehen Westhead) “Anglo Asian” şirkətdən London Fond Birjasında 51 002 ədəd adi səhm alıb.

Səhmlərin hazırda nominal dəyəri 55.875 pensli təşkil edir.

Bununla da Stiven Vesthedin ümumi səhmlərinin həcmi 286 002 ədəd təşkil edir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər