17 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda rəqəmsal siyasətlə bağlı 3 əsas istiqamət açıqlanıb

Azərbaycanın rəqəmsal siyasətlə bağlı, innovasiyalarla bağlı növbəti illər üçün strategiyası açıqlanıb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvəsi”ndə deyib.

R. Nəbiyev bildirib ki, dövlətin strategiyası 3 əsas istiqamət üzərində qurulub: “Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir.

Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək”.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər