26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda səhmdar cəmiyyətə yeni sədr seçiləcək

“Ağstafa Taxıl” ATSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 24 iyul 2021-ci il tarixində saat 11:00-da Ağstafa şəhəri, R.Əsədov küçəsi ünvanında keçiriləcəkdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiqi;

2.Cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi;

3.Cəmiyyətin tək başçı icra orqanının (sədrinin) seçilməsi;

4.Dividendlərin verilməsi qaydasının təsdiqi

5.Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Xatırladaq ki, “Ağstafa Taxıl” ATSC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 94 253 manatdır və qanuni təmsilçisi Famil Eyyubovdur.

Son xəbərlər
Digər xəbərlər