18 C
Baku
Thursday, May 23, 2024

Azərbaycanda sənaye zonalarına əlavə 830 mln. manat investisiya qoyulacaq

Azərbaycanda mövcud layihələr üzrə sənaye zonalarına əlavə 830 milyon manat investisiya yatırılması, 7 000-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, indiyə qədər sənaye zonalarında 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “Sahibkarlar sənaye zonalarına 6.6 milyard manatdan çox investisiya yatırıb, 10 000-dən artıq daimi iş yeri yaradıb”.

Bundan başqa, sədrin sözlərinə görə, indiyə qədər sənaye zonalarında 12.1 milyard manatlıq məhsul istehsal edərək satıb ki, bunun 3.9 milyard manatlıq və yaxud 32.2%-i ixrac olunub: “O cümlədən, 2023-cü ildə sənaye zonalarının rezidentləri 3.3 milyard manatlıq məhsul satıb ki, bunun da 989 milyon manatlıq hissəsi ixracın payına düşüb. 2022-ci illə müqayisədə satış 12.5 % artıb”.

S.Adıgzəlov əlavə edib ki, ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18.6%, ixracında isə 23.6% təşkil edib: “Sənaye zonalarının məhsulları 65-dən çox ölkəyə (ABŞ, Kanada, Brazilya, Böyük Britaniya, İtaliya, Avstriya,İspaniya, BƏƏ, İsrail, Çin, Hindistan və s.) ixrac edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər