28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda səyahət sığortası üzrə ödənişlər 2 dəfədən çox artıb

Bu ilin mart ayında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 769,9 min manat olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, fevral ayındakı göstəricidən 114,4 min manat və ya 17,5% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 31,7 min manat və ya 4,3% çoxdur.

Xaricə səfər edən vətəndaşların sığortası üzrə ödənişlərə gəlincə, aprel ayının 1-nə bu rəqəm 98,5 min manat təşkil edib ki, bu martın 1-i ilə müqayisədə 36%, 1 il əvvəl ilə müqayisədə isə 2,4 dəfə çoxdur. 

Son xəbərlər
Digər xəbərlər