26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda “sizə yaxın bank” — 25-ci yaşını qeyd edir

“Bank of Baku” ASC 1994-cü ildən bu tərəfə Azərbaycan bank sektorunda fəaliyyət göstərməklə yanaşı sektorda ilk olan layihələri ilə yadda qalan innovativ banklardandır. Artıq bank 25-ci yaşına keçir.

Bankın nağdsız ödənişlər bazarında ilk məhsul kimi çıxarılan “Bolkart” az qala bu gün bankın öz adı qədər tanınmaqdadır. Bu gün bankın plastik kartları ilə nağdsız ödənişlər bankın hər kəs tərəfindən etiraf edilən bir nailiyyətidir. Bunun nəticəsi olaraq Mərkəzi Bank tərəfindən dəfələrələ nağdsız ödənişlər nominasiyasında birinci yerlə təltif edib.

Necə oldu ki, bankın məhsulları insanlar tərəfindən marağa səbəb oldu?

Bildiyimiz kimi 90-cı illərdə Azərbaycanda nağd ödənişlər tam üstünlük təşkil edirdi. Nağdsız ödənişlər infrastrukturunun olmaması səbəbindən kredit kartları sıravi istehlakçılara “əlçatmaz” kimi görünürdü.  Bu dövürdə bir çox banklardan fərqli istiqaməti özünə prioritet seçən “Bank of Baku” kütləvi şəkildə kredit kartları rəsmiləşdirən ilk banklar sırasına keçdi.

Bank 2011-ci ilin payızında Azərbaycanda ilk dəfə Bolkart hissə-hissə ödənişli kart layihəsinə start verərək böyük sayda sıravi istehlakçıların cəlbinə nail ola bildi. Hazırda Bolkart və “Bank of Baku” nun digər kredit kartlarından bu gün yüz minlərlə insan istifadə edir.

Sizə yaxın bankçılıq” şüarı ilə fəaliyyət göstərən “Bank of Baku” “Facebook” və digər sosial şəbəkələrin ölkədə ppopulyarlaşdığı bir məqamda müştərilərlə “online” ünsiyyət qurma imkanını vaxtında dəyərləndirə bildi. Şübhəsiz ki, bu da banka öz faydasını verə bildi. Müştəri məmnunluğu və xidmət keyfiyyətinin artmasında əsas səbəbkar oldu. 2013-cü ildə “Bank of Baku”nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin ‘Sosial Yönlü Səhifə’ (Socially Devoted Page) nominasiyası üzrə mükafata layiq görülüb. Təqdim edilmiş xüsusi sertifikatda “Bank of Baku”nun Facebook səhifəsində istifadəçilərlə kommunikasiya nümunəvi səviyyədə qurulduğu vurğulanmışdı.

 


“Banker.az” saytı olaraq Bank of Baku-nu 25 yaşı münasibət ilə təbrik edirik.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər