19 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanda subsidiyaların həcmi artsa da, fermerlərin sayı azalıb

2020-ci illə müqayisədə 2021-ci ildə əkin subsidiyasının məbləği 25.2 mln. manat və ya 10.8% artaraq 258.6 mln. manata yüksəlib.

Hesablama Palatasının məlumatında bildirilir ki, bu dövrdə dövlət dəstəyindən istifadə etmiş fermerlərin sayı 6.6 min vahid azalaraq 402 min 593 nəfərədək enib.

Qeyd edək ki, hesabat dövründə orta hesabla bir fermerə düşən subsidiya məbləği 12.6% artaraq 642.2 manatadək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər