26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”


İqtisadçı-ekspert Samir Əliyev deyir ki, üzən məzənnə deyil, manatın tədricən ucuzlaşdırılması həyata keçirilməli idi ki, devalvasiya olanda bunun təsirləri çox zəif olsun: “Manat ucuzlaşdırılmadığından devalvasiyanın daha da sərt olacağı gözlənilən idi. Biz bunu dəfələrlə vurğuladıq. Təsadüfi deyil ki, iki devalvasiya nəticəsində manat iki dəfə dəyərini itirdi”.Bu barədə ekspert Sputnik-ə bildirib.
samir_aliyev
“Mən düşünürəm ki, bu gün Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Bunun səbəbi iqtisadiyyatın strukturudur. Bu gün biz manatı buraxıb tam üzən məzənnəyə keçsək, manat kəskin aşağı düşərək ziqzaqvari oynayacaq. Bu isə həm sahibkarlıq, həm əhalinin sosial vəziyyəti üçün problemlər yaradır. Bizdə tam üzən məzənnə kəskin devalvasiya yaradır”, — deyə o bildirib.

Artıq dollar “qara bazarda” 1,90 manat olub

Ekspert Vuqar Bayramovun sözlərinə görə Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.

Digər yazı: Tam “üzən məzənnə” rejiminə keçid dolları bahalaşdıracaq – TƏHLİL

Nəticədə, FED-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz.

Musahibe_Vugar_Bayramov_logo.mpg_snapshot_08.56_2014.02.20_16.25

Əvvəllər bildirdiyim kimi, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FED qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək.

Son xəbərlər
Digər xəbərlər