27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda yeni açılan Executive MBA proqramının dərslərinə start verildi

15-18 noyabr 2018-ci il tarixlərində Azərbaycanda yeni açılmış Şeffild Universitetinin City College Beynəlxalq Fakultəsinin İdarəçilik üzrə Magistratura Proqramının (Executive MBA) dərslərinə start verilmişdir.

Qeyd edək ki, Executive MBA proqramı Azərbaycanda çalışan iş adamları üçün nəzərdə tutulmuşdur. Bu il açılmış proqram 32 nəfər işgüzar tələbədən ibarət olmaqla, müxtəlif sahələrdə və şirkətlərdə çalışan  və uzun müddətli təcrübə və menecment sahəsində biliklərə malik olan insanları əhatə edir.

Executive MBA proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib hazırlanmış innovativ beynəlxalq proqramdır. İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar. Hər il, Cənub-Şərqi və Şərqi Avropanın öndə gedən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul edilirlər.  Proqramın çatdırılma metodu (həy ayda 1 həftə sonu – 3 gün) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan dərslərdə iştirak etmək imkanı yaradır.

EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr eyni zamanda əlavə kurslarda iştirak etmədən və imtahan vermədən “Chartered Management İnstitute”-nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə Magistr Diplomunu əldə edə bilərlər.

“Chartered Management İnstitute” Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur.

Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Executive MBA proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Bİznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya), və CMI tərəfindən akkreditasiya edilmişdir. Proqram həmçinin, Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademic Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınmış və akkreditasiya edilmişdir.

MBA Proqramı həqiqətən də özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər. Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram eyni zamanda, Yunanıstanda (Saloniki), Bolqarıstanda (Sofiya), Rumıniyada (Buxarest), Serbiyada (Belqrad), Ukraynada (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.

Proqramın müddəti 2 ildir.  Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məhşur beş ulduzlu oteldə keçiriləcək. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, İngilis dilini bilməlidirlər.

Növbəti 2019-2020 tədris ili üçün müraciət etmək istəyən şəxslər ətraflı məlumat üçün Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Azərbaycanda Ölkə üzrə Meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz: [email protected]  və ya 050 663 07 70

IMG 2771IMG 2774IMG 2777IMG 2793IMG 2797IMG 2810IMG 2821

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər