27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda yeni logistika şirkəti təsis edilib

Azərbaycanda yeni logistika mərkəzini idarə edəcək şirkət yaradılıb.

Banker.az xəbər verir ki, bu, “Astara Logistika Mərkəzi” MMC-dir.

Şirkət 100 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qaibov, ev 11B ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Səmərqənd Aslanov Həsən oğludur.

Astara Logistika Mərkəzi – İran İslam Respublikasındakı Astara Terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycanın, İranın və Rusiyanın dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuşdur. İranda tranzit tikilən Astara-Rəşt-Qəzvin xətti ilə təmin olunacaq.

Ümumi sahəsi – 35 hektardır.

“Astarada terminalın vaqon qəbul etmə gücü 200 vaqondur. Terminalın eyni vaxtda yükləmə qabiliyyəti 120 vaqon üçün nəzərdə tutulmuşdur. Terminaldakı zolaqların sayı 8 ədəddir. 1 vaqon yükləmə terminalı və 1 vaqon təmir terminalı mövcuddur. Eyni zamanda, təxminən 1 500 konteyner saxlaya bilir” – deyə ana şirkət olan “KDY Logistik” MMC-nin rəsmi internet səhifəsində qeyd edilir.

Qeyd edək ki, bundan əlavə Abşeron Logistika Mərkəzinin idarəedilməsi də bu şirkətin portfelindədir.

Son xəbərlər
Digər xəbərlər