8 C
Baku
Friday, December 6, 2024

Azərbaycandan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 7 dəfə artıb – $259.56 milyon

Azərbaycan ABŞ-nin iqtisadiyyatına birbaşa investisiya qoyuluşunun həcmini artırıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin 9 ayının yekunları üzrə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş və xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların siyahısına istinadən xəbər verir.

Azərbaycan ABŞ-nin iqtisadiyyatına 2022-ci ilin ilk 9 ayında 36.78 milyon dollar birbaşa investisiya qoyduğu halda, bu rəqəm cari ilin analoji dövründə 259.56 milyon dollara yüksəlib. Bu da illik müqayisədə 222.78 milyon dollar və ya 7 dəfə yüksəlişdir.

ABŞ-dən Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu illik müqayisədə 108.42 mln. dollar və ya 47% artaraq 122.59 milyon dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər