4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox artıb

Bu ilin sentyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8726 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.Sənədə əsasən, illik müqayisədə ziyarətçilərin sayı 4 762 nəfər və yaxud 2,2 dəfə artıb.

Yanvar-sentyabr aylarında isə qonşu ölkə Azərbaycandan 57 min 509 nəfər ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 225 min 842 nəfər və yaxud 79,6 % azdır.

Sentyabrda Gürcüstana 226 min 662, ilk doqquz ayda isə 1 milyon 188 min 234 nəfər beynəlxalq ziyarətçi (-13,2 %) səfər edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X