20 C
Baku
Şənbə, May 28, 2022

Azərbaycandan İrana uçuşların sayı artırılır

Azərbaycanla İran arasında birbaşa uçuşların sayı martın 4-dən etibarən həftədə 1-dəfədən 2 dəfəyədək artırılır.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında yazıb.

“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcəyini elan etmişdi. Xüsusi aviareyslər Heydər Əliyev Beynəlxalq Hava Limanından Tehran Hava Limanına və əks istiqamətdə yerinə yetiriləcək. Biletlərin dəyəri 29 avrodan başlayır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər