16 C
Baku
Friday, April 19, 2024

Azərbaycandan Rusiyaya yumurta tədarükü 3 milyonu keçib

Azərbaycandan Rusiyaya 306 min ədəd toyuq yumurtasının növbəti partiyası idxal edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“Yanvarın 21-də “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 18 ton (306 min ədəd) həcmində daha bir partiya ərzaq yumurtası gətirilib. Yanvarın 22-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya artıq 3.3 milyon ədəd ərzaq yumurtası tədarük olunub”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarükünə başlayıb.

2024-cü il yanvarın 1-dən Rusiyada yumurtanın qiymətinin kəskin artması fonunda bu ölkə onun idxalı üçün rüsumları 6 ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1.2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymətlə bağlı vəziyyəti sabitləşdirəcək.

Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatına görə, 2023-cü ildə ölkədə yumurta 1.6 dəfə, ötən ilin dekabrında isə 18.2% bahalaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər