14 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi arta bilər

“Azərbaycanın Almaniyaya ixracatında müşahidə olunan ciddi artım onu deməyə əsas verir ki, növbəti illərdə iki ölkənin ticarət dövriyyəsində artım müşahidə oluna bilər”.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə  Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi $1.28 mlrd., Azərbaycanın Almaniyaya ixracatı $650 mln., Azərbaycanın Almaniyadan idxalatı $634 mln. olub.

Almaniyanın Federal İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar ayında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 100.6 mln. avro (2021-ci ilin yanvar ayı üzrə 28.2 mln. avro), Azərbaycanın Almaniyaya ixracatı 72.4 mln. avro (2021-ci ilin yanvar ayı üzrə 3.7 mln. avro), Azərbaycanın Almaniyadan idxalatı isə 28.2 mln. avro (2021-ci ilin yanvar ayı üzrə 24.5 mln. avro) təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər