28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın bank sektorunda 7 aylıq xalis mənfəət 655 milyon manatı ötüb

2023-cü ilin yanvar-iyul aylarında banklar 655.3 mln. manat xalis mənfəət, 931.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 33% və 26% artıb.

2023-cü ilin 7 ayında banklar tərəfindən 163.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib.

Son xəbərlər
Digər xəbərlər