27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın banklarından biri plastik kart və POS-terminalların işini müvəqqəti dayandıracaq

Bank VTB (Azərbaycan) iyulun 13-də öz POS-terminalları və plastik kartlarının işini müvəqqəti dayandıracaq. Bankdan Trend-ə verilən məlumata görə, Bank VTB (Azərbaycan) bu barədə müştərilərini məlumatlandırıb.

Bankın məlumatına görə, bu, (dayandırma) yerli prosessinq mərkəzi sistemində xidmət göstərilməsinə başlamaqla bağı texniki işlərlə əlaqədardır.

Bankın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev Trend-ə deyib ki, indiyədək Bank VTB (Azərbaycan) Rusiyanın iri prosessinq mərkəzlərindən olan “Multikarta”da xidmət göstərib.

O bildirib: “Azərbaycan Mərkəzi Bankının tövsiyələrinə əsasən, bankın buraxdığı bütün kartların xidmətini yerli prosessinq mərkəzinə keçiririk”.

Bank artıq “AzeriCard” prosessinq mərkəzinə qoşulub.

2015-ci il aprelin sonuna bankın 5412 aktiv plastik kartı və 15 POS-terminalı var.

Son xəbərlər
Digər xəbərlər