25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın Belçikadakı səfirliyinə erməni radikalların mümkün hücumu ilə bağlı xəbərdarlıq edilib

Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov erməni radikalların mümkün təxribatı ilə bağlı xəbərdarlıq edib.

O, bu barədə “Twitter”də bildirib.

“Avropanın ürəyində diplomatik missiyaya qarşı ermənilərin daha bir hücumuna qarşı səsinizi qaldırın!”, – səfir qeyd edib.

Diplomat vurğulayıb ki, bu gün Brüsseldə erməni diasporunun radikalları Avropa Parlamentinin qarşısında mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar.

Qeyd edək ki, ermənilərin bu gün Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi Şuman meydanında etiraz aksiyası nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər