27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın bu il avtomobil yanacağı satışından gəliri 2 milyarda yaxınlaşıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 milyard 708.7 milyon manat gəlir əldə olunub. 2019-cu ilin 10 ayında isə avtomobil yanacağından 1 milyard 734.7 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 1.5% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-sentyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 milyard 515.3 milyon manat gəlir əldə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər