28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bu il xaricə 2 milyard dollarlıq mavi yanacağ ixrac edib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 11 milyard 143 milyon  430 min kubmetr həcmində olub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində ixracın dəyəri 2 milyard 44 milyon 477 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş “mavi yanacağ”ın həcmi 1 milyard 553 milyon 369 min kubmetr (16,2 %), dəyəri isə 161 milyon 935 min  ABŞ dolları (8,6 %) artıb.

Qeyd edək ki, hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracında 16,7 % paya malik olub.

 

1 1

 

Son xəbərlər
Digər xəbərlər