28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın icmal büdcəsində birinci rübdə 1 mlrd. manat qalıq (profisit) yarandı

2021-ci ilin birinci rübündə Azərbaycan Respublikasının dövlət icmal büdcənin gəlirləri 6 968.8 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikası dövlət büdcəsininicrasına (operativ) dair məlumatında qeyd edilir.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 458.6 mln. manat və ya 26.5 faiz çoxdur.

İcmal büdcənin xərcləri isə 5 921.3 mln. manat icra olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204.4 mln. manat və ya 3.6 faiz çoxdur.

İcmal büdcədə 1 047.5  mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi.

Son xəbərlər
Digər xəbərlər