22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın investisiya şirkətində kadr dəyişikliyi

“AzFinance İnvestisiya Şirkəti” QSC Direktorunun 04 dekabr 2019-cu il tarixli əmrinə əsasən Fərid Məmmədov Şirkətində Direktor müavini vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, Fərid Məmmədov 2008-ci ildən maliyyə sektorunda çalışır. “AzFinance İnvestisiya Şirkəti”ndən öncə 6 il ərzində Azərbaycan kapital bazarının qabaqcıl broker təşkilatlarından olan “Çelsi Kapital” şirkətində çalışmışdır.

O, 2014-cü ildə “AzFinance İnvestisiya Şirkəti”nə departament rəhbəri vəzifəsinə təyin edilib. Son 5 ili “AzFinance İnvestisiya Şirkəti”ndə çalışaraq departamentlər qrupunun rəhbəri vəzifəsinədək yüksəlmişdir.

Fərid Məmmədov iqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.

Həmçinin İnvestisiya şirkətinin direktorunun 04 dekabr 2019-cu il əmrinə əsasən Pərvanə Qasımova da “AzFinance İnvestisiya Şirkəti”nin Direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə Bakalavr və Magistr ixtisasına malik olan Pərvanə Qasımova 2009-cu ildən kapital bazarı sahəsində çalışır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində məsləhətçi, aparıcı məsləhətçi, Baş məsləhətçi, sektor müdiri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Böyük hüquqşünas vəzifələrində işləyib.

O, 2018-ci ildən etibarən Unicapital İnvestisiya Şirkətində Hüquq departamentinin direktoru, 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin Hüquq və daxili nəzarət departamentinin rəhbəri vəzifəsini tutub.

Bununla yanaşı, Pərvanə Qasımova Avropa Şurasının Tvinninq layihələri çərçivəsində Avropa Direktivlərinin tələblərinin Azərbaycan qanunvericiliyi ilə əsas uyğunsuzluqlarının müəyyən edilməsi məqsədilə direktivlərin ekspertizasının aparılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədiilə bir sıra layihələrinin hazırlamasında iştirak etmişdir.

Xanım Qasımova Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, habelə Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Maliyyə Bazarlarının inkişafı və kreditlərinə çatanlığı işçi qrupunun, üzvüdür.

Ailəlidir. 2 övladı var.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər