21 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanın iri aviaşirkətinin rəhbərliyinə təyinatlar olub

Azərbaycanda aviasiya sahəsində bir neçə xidmətləri birləşdirən “Aviation Services Group” MMC-nin (ASG) törəmə şirkətinin rəhbərliyində dəyişiklər olub.

Banker.az xəbər verir ki, helicopter xidmətlərini həyata keçirən “ASG Helicopter Services” MMC-nin baş direktorunun yeni müavinləri təyin edilib. Maksim Vyaçeslavoviç Selunskiy baş direktorun uçuş işinin təşkili üzrə və Vələd İsgəndər oğlu Vələdov isə baş direktorun qərb texnikası üzrə müavini təyin ediliblər. Hər iki şəxs “Silk Way Holding”in törəmə şirkətlərində çalışıblar.

Buna qədər bu vəzifələri müvafiq olaraq Salman Yunusoviç Məmmədov və Marat İrşad oğlu Abdulbadeyev icra ediblər.

“ASG Helicopter Services” MMC 2008-ci ilin martında yaradılıb. Şirkətin 34 309 743 manat nizamnamə kapitalı var. Aviaşirkətin helikopterləri hər il 150 mindən artıq sərnişin daşıyır.

Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “AW109SP”, “MI 8 AMT”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər