15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanın kreditləri vaxtında qaytarılmır

Xarici dövlətlərə verilmiş kreditlər üzrə faiz daxilolmaları 2017-ci il dövlət büdcəsində 50 milyon 815 min manat nəzərdə tutulmuş, cari ilin 6 ayında 10 milyon 264,3 min manat, yəni illik proqnozun 20,2%-i həcmində icra olunmuşdur. Bu mənbə üzrə carı ilin altı ayında icra edilmiş məbləğ 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 14 milyon 164,4 min manat və ya 2,4 dəfə azdır. Bu mənbə üzrə 2017-ci ildə nəzərdə tutulmuş ödəniş məbləğləri Serbiya və Gürcüstana verilmiş kreditlər üzrə müəyyən edilib.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat verir.

Palata bildirir ki, dövlət büdcəsində xarici dövlətlərə kreditlər üzrə xərc maddəsi nəzərdə tutulduğu halda, dövlət büdcəsinin gəlirlər hissəsində yalnız xarici hökumətlərdən alınan faizlər üzrə gəlirlər proqnozlaşdırılmışdır. Geri qaytarılan əsas borc isə büdcə gəlirlərinin təsnifatında müvafiq maddə nəzərdə tutulmadığından “sair daxilolmalar” kimi uçota alınıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər