Azərbaycanın orta məktəblərində iki gün tətil elan olundu

0

Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb.

Banker.az xəbər verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Eləcə də bax – “Azərsun Holdinq”də kütləvi ixtisarlar gedib, layihələr dayandırlıb


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.