26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın qeyri-neft ixracı 25% artıb

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907.6 milyon ABŞ dolları təşkil edib.

Banker.az  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25.4 faiz artıb.

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1.6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210.5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85.4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125.1 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsədə, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55.8% artım müşahidə edilib.

Son xəbərlər
Digər xəbərlər