27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın qida istehsalçısı gömrük qaydalarını pozdu, cərimələnir

“Balacans Agro Food” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta  protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Balakən Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Zamin Tahirovdur.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər