17 C
Baku
Monday, May 27, 2024

Azərbaycanın şərab şirkəti zərərdən çıxdı

“Göyçay Şərab” ASC 2022-ci ili 216 min 353 manat mənfəətlə başa vurub. Halbuki, ASC 2021-ci ildə 1 milyon 237 min manat zərər etmişdir.

Banker.az ASC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki,

Ötən il “Göyçay Şərab” ASC-nin əsas əməliyyat gəlirləri 7 milyon 537 min manat (əvvəlki ilə nisbətən 2.2% çox), sair əməliyyat gəlirləri 214 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə çox), satışın maya dəyəri üzrə xərcləri 7 milyon 481 min manat (əvvəlki ilə nisbətən 14.3% az) təşkil edib.

31 dekabr 2022-ci il tarixinə “Göyçay Şərab” ASC-nin cəmi aktivləri 0.1% artaraq 16 milyon 205 min manata yüksəlib. Şərab şirkətinin cəmi öhdəlikləri 16 milyon 124 min manat, cəmi kapitalı isə 81 min manat olub.

“Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur. 1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə “Göyçay Şərab” ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər