28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanla Belarus arasında memorandum ilk dəfə olaraq e-imza vasitəsilə imzalanıb

“Bakutel 2019” sərgisi çərçivəsində bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza (e-imza) ilə imzalanıb.

Nazirlikdən verilən məlumata görə, memorandumda biznes subyektləri arasında e-imzaların qarşılıqlı tanınması əks olunub.

Sənədi Azərbaycan tərəfdən ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Belarus tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb.

Qeyd edək ki, e-imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.

Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.

Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər