6 C
Baku
Friday, March 1, 2024

Azərbaycanla Rusiya sərhəd-buraxılış məntəqələri arasındakı avtomobil yolunu genişləndirir

Azərbaycanla Rusiya arasında “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması nəzərdə tutulur.

Bunu Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla Rusiyanın Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovla Bakıda keçirilən görüşündə bildirib.

Ş.Mustafayev deyib ki, Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədində buraxılış məntəqələrinə avtomobil və dəmir yollarının çəkilməsi, habelə mövcud yolların yenidən qurulması ilə bağlı işlər görür.

Qeyd edək ki, görüşün sonunda Ş.Mustafayev və A.Abdulmüslümov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planı imzalayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər