15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanlı milyarderlər Rusiya Forbesinin siyahısında

Azərbaycan əsilli 6 şəxs Forbes jurnalının versiyasına görə Rusiyanın ən varlı 200 insanı siyahısına daxil olmuşlar.

Onlar arasında “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov, “Ukrayna mehmanxanası”-nın idarə heyətinin sədri Zarah Əliyev, “Kiyev meydanı”-nın idraə heyətinin sədri Qod Nisanov, “Crocus” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, AST şirkətlər qrupunun sahibi Telman İsmayılov və fərdi investor İlham Rəhimov var.

63 yaşlı Vahid Ələkbərov reytinqdə 7-ci pilləni tutur. Onun sərvəti 13,6 milyard dollar olaraq qiymətləndirilir. Keçən illə müqayisədə biznesmenin sərvəti 1,2 milyard dollar azalmış və bu səbəbdən o reytinqdə iki pillə aşağı düşmüşdür.

Verilən məlumatlara görə “Lukoil” Rusiya neft sənayesində ikinci nəhəng vergi ödəyicisidir. Şirkət 2012-ci ildə 1,1 trilyon rubl (35 milyard dollar) vergi ödəmişdir. 2012-ci ildə xalis gəlir rekord hədd – 11 milyard dollar idi.

 “Ukrayna mehmanxanası”-nın idarə heyətinin sədri Zarah Əliyev (47 yaş) əslən Azərbaycanın Qırmızı Qəsəbə adlanan ərazisindəndir. O sahib olduğu 3,6 milyard dollar ilə siyahıda 30-cu pilləni tutmuşdur. Qeyd edək ki, Zarah Əliyev keçən il 5 pillə geridə idi.

Onun ardınca 31-ci pillədə 41 yaşlı Qod Nisanov yer almışdır. Nisanovun sərvəti 3,6 milyard dollar olaraq qiymətləndirilmişdir. Keçən illə müqayisədə o reytinqdə 6 pillə irəliləmişdir.

 “Crocus” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov 1,8 milyard dollar ilə reytinqin 56-cı pilləsini tutmuşdur. Onun reytinqdəki yeri keçən illə müqayisədə dəyişməmişdir.

Forbes-in yazdığına görə, “Crocus Expo” sərgi mərkəzinin ərazisi Qırmızı meydanın ərazisindən 20 dəfə çoxdur. Milyarder həmçinin Müslim Maqomayevin mədəni-musiqili irsinin qorunması fondunu və onun adına olan beynəlxalq vokalist konkursunu dəstəkləyir.

AST şirkətlər qrupunun sahibi 57 yaşlı Telman İsmayılov Forbesə əsasən, 0,75 milyard dollara sahibdir və reytinqdə 137-ci pilləni tutur. Keçən illə müqayisədə onun sərvəti və reytinqdəki yeri dəyişməmişdir.

Fərdi investor İlham Rəhimovun sərvəti 0,5 milyard dollar olaraq qiymətləndirilir və o 187-ci pillədə yerləşir. Jurnalın  qeyd etdiyinə görə, bzinesmen “Kiyev meydanı” şirkətinin daşınmaz əmlakından  paylara sahibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər