27 C
Baku
Saturday, July 27, 2024

“Azərkosmos” telekommunikasiya xidmətlərinin ixracından 2 mln. dollar gəlir qazanıb

Bu ilin yanvar-fevral ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub.

Məlumata görə, cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 2 mln. dollar məbləğində gəlir əldə edib.

“2019-cu ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 14 ölkəsinə 952 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır”, – məlumatda bildirilir. 

©Report

Son xəbərlər
Digər xəbərlər