5 C
Baku
Wednesday, February 21, 2024

“Azərsığorta”da Təftiş Komissiyasının üzvləri təyin edilib

“Azərsığorta”da Təftiş Komissiyasının üzvləri təyin edilib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Ələskər Əliyev Həmid oğlu Təftiş Komissiyasına sədr seçilib.

Fərid Hacı Məhəmməd oğlu Təftiş Komissiyasının müstəqil üzvü və Rəşadət Məmmədov Afiq oğlu isə üzvü seçilib.

Təftiş Komissiyasının sığorta şirkətində səlahiyyətlərinə audit strategiyasını və siyasətini müəyyən etmək, daxili audit planlarını təsdiq etmək, müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək, səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin iclasını çağırmaq, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək daxildir.

2022-ci il may ayından etibarən “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət sığorta məhsulları üzrə geniş xidmətlər təqdim edir.

Son xəbərlər
Digər xəbərlər