18 C
Baku
Monday, May 27, 2024

“Azərsun Holdinq”ə HR və Marketinq üzrə işçi tələb olunur

İşə Qəbul Mütəxəssisi

Tələblər

• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimum iş təcrübəsi 1 ildən 3 ilə qədər olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
• Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;
• Regionalara intensiv işgüzar səfərə getmək imkanının olması;

İş haqqında məlumat

• Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
• İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
• İşəqəbul hesabatlarının hazırlanması;
• Açıq olan vakansiyaların şirkətdaxili və şirkətxarici elana hazırlanılması və yerləşdirilməsi;
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasının təmin edilməsi;
• Namizədlər bazasının daim yenilənməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
• İşəqəbul testlərinin həyata keçirilməsi;
• Testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
• İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsi;
• İlkin işəqəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 21.12.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İşə Qəbul Mütəxəssisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.


Brend meneceri

Namizədə aid tələblər:

• Ali təhsilli (Marketinq sahəsində) olmalı;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübə;
• Dil bilikləri: Rus, İngilis
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

• Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
• Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;
• Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
• Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
• Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 21.12.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Brend meneceri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər