12 C
Baku
Wednesday, December 11, 2024

“Azər Toxum”un sərmayəsi 1 milyon manata yaxın azaldılır

“Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 16 140 940 manat məbləğdən 15 310 840 manat məbləğə  azaldığını elan edir.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 830 100 manat və ya  5.4% azaldılır.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. Ev 55 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, bundan əvvəl “Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 18 900 000.00 manat məbləğdən 16 140 940.00 manat məbləğə azaldığını elan edir.

Qeyd edək ki, “Azər Toxum” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Fərid Həmidovdur.

Son xəbərlər
Digər xəbərlər