25 C
Baku
Monday, April 29, 2024

Azər Türk Bank AFAD-a ianə etdi

®Dövlət bankı Azər Türk Bank qardaş Türkiyə Cümhuriyyətində baş vermiş çox ciddi dağıntı və itkilərə səbəb olan təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım məqsədilə 50 000 manat məbləğində ianə etmişdir. Vəsait Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hesabına köçürülmüşdür.

Azər Türk Bank müştərilərinin nəzərinə çatdırır ki, Bankda olan fiziki və hüquqi şəxslərin hesablarından Türkiyə banklarında fiziki şəxs və yardım qurumlarına aid hesablara pulköçürmə edilən zaman heç bir komissiya tutulmur.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər