16 C
Baku
Friday, May 3, 2024

“Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib

Bankın İdarə Heyətinin yeni sədri növbəti yığıncaqda məlum olacaq

İyulun 31-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan verilən məlumata görə, səhmdarlar bankın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Məlumata əsasən, növbəti yığıncaqda bankın İdarə Heyətinin sədri seçiləcək. Hazırda bu vəzifəni Fərhad Əsgər oğlu Adıgözəlov müvəqqəti icra edir.

Bankın səhmdarlarının növbəti yığıncağının vaxtı hələlik məlum deyil. Yığıncağın tarixi müəyyənləşəndə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).

Son xəbərlər
 ⁠
Digər xəbərlər