6 C
Baku
Saturday, December 14, 2024

“Azər Türk Bank Azərbaycanda Maliyyə Texnologiyaları üzrə innovasiyalar edən lider Banklardandır”

®Bunu müsahibəsində Azər Türk Bank Prossesinq Mərkəzinin Direktoru Namid Abdulov bildirmişdir.

2023-cü ilin dekabr ayında İstanbulda təşkil olunan “Fintex Sammit İstanbul 2023 (Maliyyə və Texnologiyalar EXPO)” sammitində çıxış edən Namid Abdulov rəqəmsallaşan maliyyə dünyasındakı innovativ həllər, onların tətbiqi imkanları, problemlər və onların həllindən danışmışdır. 

Eyni zamanda o çıxışında Azər Türk Banka məxsus olan Prossesinq Mərkəzində həyata keçirilən innovativ layihələr və bu layihələrin son istifadəçilərə, Banka və Azərbaycan iqtisadiyyatına verdiyi töhvədən bəhs etmişdir.

Daha sonra o xarici media nümayəndələrinə ətraflı müsahibə verərək bildirmişdir ki, “Azər Türk Bank”ın rəqəmsallaşma və innovativ həllərin tətbiqi ilə bağlı planlarına əsasən ən son rəqəmsal innovativ həllərdən biri hesab edilən, Şərqi Avropada və Post-sovet ölkələri arasında ilk dəfə Bulud texnologiyasına əsaslanan MobilPos proqram təminatı istifadəyə verilmişdir. 

Eyni zamanda o bildirmişdir ki, ölkədə ilk dəfə olaraq Bulud texnologiyası əsasında qurulan, bütün beynəlxalq ödəniş sistemlərinin ödəniş kartlarını qəbul edən, ApplePay, GooglePay, SamsungPay və digər token ödənişləri dəstəkləyən yeni elektron ticarət platformasının istifadəyə verilməsindən danışdı. Cybersource adlanan bu platforma haqqında danışarkən o, bu platformanın bir sıra böyük qlobal “merchant”-lərin (kommersiya subyektlərinin) Azərbaycanın ödəniş bazarına daxil olmaq imkanı yaratdığını vurğuladı.

“Qürurla bildirirəm ki, Azərbaycanda xidmət göstərən qlobal “merchant”-lər (kommersiya subyektləri) artıq Azərbaycana məxsus olan banklardan birində xidmət alacaqlar. Bu platforma transmilli korporasiyalara Azərbaycanda təhlükəsiz və innovativ qaydada ödənişlərin qəbuluna zəmanət verən texnologiyadan istifadə etmək imkanı yaratdı”.

Namid Abdulov bildirdi ki, Azər Türk Bank tərəfindən Azərbaycanda ilk dəfə EMV texnologiyasını dəstəkləyən İctimai Nəqliyyatda nağdsız ödənişlərin qəbulunu həyata keçirən ekosistem yaradılmış, bu layihənin Azərbaycanın digər bölgələrində də uğurla tətbiqinin davam etdiriləcəyini bildirmişdir. Ekosistemin “Ağıllı Şəhər” konsepsiyasının bir çox elementlərini özündə birləşdirdiyini və bu imkanların gələcəkdə icrası nəzərdə tutulan “Ağıllı Şəhər” layihələrində tətbiqinə ümid etdiyini bildirmişdir.

Azər Türk Bank hal-hazırda daha iki beynəlxalq ödəniş sisteminin üzvlüyü statusunun alınması ilə bağlı layihəni icra edir və qısa zamanda bu ödəniş sistemlərinin təqdim etdikləri imkanları müştərilərin istifadəsinə verəcəkdir.

Sonda İnnovativ rəqəmsal həllərin tətbiqi ilə bağlı tendensiyanın davam etdirələcəyinə ümid etdiyini bildirən bankın əməkdaşı, özünə güvənən və yeniliklərin bir hissəsi olmağa hazır olan gəncləri öz komandasına dəvət etdi.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər