20 C
Baku
Wednesday, April 24, 2024

Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir®

Maliyyə ehtiyaclarının ödənilməsində müştərilərə yardımçı olan dövlət bankı Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.  

Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 100 000 manata qədərdir. Kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır. Qeyd edək ki, sahibkarlar 20 min manatadək olan krediti sadəcə fərdi zaminlik əsasında əldə edə bilərlər. 

Kiçik və orta biznes krediti almaq istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər. 

Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda əməkhaqqı kartları, biznes kartı, sahibkar kartını pulsuz əldə edə biləcək, ATB Business internet – bankçılıq sisteminə daxil olmaqla 100 manat məbləğində bonus qazanacaq, cash-back loyallıq proqramından faydalanacaqlar.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər