6 C
Baku
Monday, December 16, 2024

Azər Türk Bank mükafatlara layiq görüldü

®Azərbaycan Banklar Assosiasiyası (ABA) bu günlərdə onlayn formatda “Bankçılıq Mükafatları- 2019-2020” adlı tədbir keçirmişdir.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən bu tədbirdə kommersiya banklarının nümayəndələri, Assosiasiya nəzdində fəaliyyət göstərən Ekspert qruplarının üzvləri iştirak ediblər.

Dövlət bankı Azər Türk Bank 2019-cu il üçün “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il üçün “Elektron Bankçılıq”, eləcə də  “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyaları üzrə Assosiasiyanın mükafatına layiq görülmüşdür.

Bank yüksək diqqətə görə ABA-ya, həmçinin etibar və etimad göstərib Azər Türk Bankla əməkdaşlıq edən müştərilərinə minnətdarlığını bildirir.

Bankın məhsul və xidmətləri barədə məlumatı  https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər