Artıq neçə gündür ki, Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Cəbhə bölgəsindən qələbə xəbərləri almaqdayıq.
İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza dəstək olmaq naminə dövlət bankı Azər Türk Bank” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.