10 C
Baku
Thursday, December 12, 2024

Azəraycanda iqtisadi fəal əhalinin sayı 1% artıb

2020-ci il oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5249,1 min nəfər olub, onlardan 4884,9 min nəfərini məşğul əhali təşkil etmişdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1% artıb, məşğul əhalinin sayı isə 1,2% azalıb

Cari il sentyabrın 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 670,9 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 902,3 min nәfәr, qeyri-dövlәt sektorunda isә 768,6 min nәfәr tәşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 636,9 min nәfәr çalışır.

Son xəbərlər
Digər xəbərlər