22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan daha bir ölkəyə $100 mln. kredit verir

Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır. Banker.az bu barədə Trend-ə istinadla xəbər verir.

Bu məsələ, eləcə də Azərbaycan nefti və neft məhsullarının bu ölkəyə tədarükü məsələləri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin pakistanlı rəsmi ilə görüşü zamanı müzakirə olunub.

İslamabadda Pakistanın informasiya və teleyayım naziri Favad Hosseynlə görüşdə azərbaycanlı diplomat iki ölkə arasında informasiya və media sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Pakistanlı rəsmi isə öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər