İlham Məmmədovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Prezidenti sərəncam imzalayıb.
“İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”- deyə sərəncamda deyilir.
Qeyd edək ki, bun qədər Həsən Sultan oğlu Zeynalov idi. Azərbaycan Prezidentinin bugünkü sərəncamı ilə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.