Azərbaycan əhalisi 5 ayda içki və siqaretə 1 milyard manatdan çox pul xərcləyib

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23341,3 milyon manatlıq, o cümlədən 13073,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10267,9 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Bu ilin 5 ayında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 65 mln. manat xərclənib.

2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər